Gürcüstandan Ermənistana nəfəs aparatları göndərilib

   Jnews.ge Aliq.ge-yə istinadən xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər koronavirusa qarşı mübarizədə Ermənistana dəstək və köməkçi olmağın yollarını axtarmağa davam edirlər.

   Aliq Medianın direktoru Pavel Oqanezovun təşəbbüsü və xaricdən olan ən yaxın dostunun dəstəyi ilə Ermənistana göndərilmək üçün 10 süni tənəffüs cihazı alındı.

   Gürcüstan-Ermənistan sərhədi bağlı olduğu üçün, Ermənistanın Gürcüstandakı səfirliyi həmin aparatların daşınmasında kömək etməyə hazır olduğunu bildirdi.

   “MS-500” süni ağciyər havalandırma cihazları “Hayestan” Ümumi erməni Fonduna təhvil veriləcəkdir. Bundan başqa, digər dəstək proqramları da mövcuddur.

   Pavel Oqanezovun təklifi ilə "Bir maska ​​- bir həyat" şüarı altında pul yığımı da təşkil edildi və bu tədbirə Gürcüstanda yaşayan bir sıra ermənilər qoşulmağa hazır olduqlarını bildirdilər. Yığılan məbləğlə maskalar alınacaq, daha sonra Ermənistana göndəriləcək və Ermənistanda maska ​​taxmağın məcburi hala çevrildiyini nəzərə alaraq sosial cəhətdən həssas təbəqəyə veriləcəkdir.Bir çox ailələr üçün bu gözlənilməz, əlavə maliyyə xərcidir.

©2019 by School of Civil Society.